Accessibility links

Apellyasiya məhkəməsi futbulçunu həbsdə saxlayıb


Cavid Hüseynov həbs edilib
Cavid Hüseynov həbs edilib

Avqustun 14-də Bakı Apellyasiya məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb. Məhkəmə Cavid Hüseynov barəsində həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə jurnalistlərə vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məhkəmədə Cavid Hüseynovun özü də iştirak edib.

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır.

Rasim Əliyev öz facebook hesabında Cavid Hüseynovu tənqid edən status paylaşıb. Bundan sonra Cavid Hüseynov Rasim Əliyevə zəng edib. Caviddən sonra isə onun bibisi oğlu, 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, avqustun 8-də Elşən İsmayılov 4 nəfər yaxını ilə Rasim Əliyevi döyüb, ona çoxsaylı bədən xəsarətləri yetiriblər. R.Əliyev avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə 5 nəfər ittiham olunur.

XS
SM
MD
LG