Accessibility links

Rasim Əliyevin 31 yaşı tamam olur


Döyülərək öldürülmüş jurnalistin doğum günü onun 7 mərasiminə təsadüf edir

Avqustun 16-ı döyülərək öldürülən jurnalist Rasim Əliyevin doğum günüdür.

Bu gün onun 31 yaşı tamam olur. Doğmaları, həmkarları onun doğum gününü məzarı başında qeyd edib.

Doğum günü həm də jurnalistin 7 mərasiminə təsadüf edir.

Rasim Əliyev avqustun 8-də döyülmüşdü. Jurnlaist müsahibəsində "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirmişdi.

Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Avqustun 9-a keçən gecə Rasim Əliyevin səhhəti kəskin pisləşmişdi. Əməliyyat olunandan sonra vəfat etmişdi.

Prezident İlham Əliyev jurnalistin işini nəzarətə götürəndən sonra futbolçu Cavid Hüseynova qarşı "cinayəti bilib xəbər verməmə" maddəsi ilə ittiham irəli sürülüb.

Daha beş nəfər, o cümlədən idmançının qohumu Elşən İsmayılov həbs olunub.

Onlar CM-in 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə ittiham olunur.

XS
SM
MD
LG