Accessibility links

İranda nüvə aliminin qatili asılıb


Tehran məhkəməsi Məcid Camali Fəşini İsrailə casusluq etməkdə, nüvə alimini qətlə yetirməkdə ittiham edib.

“Media forum” saytı xəbər verir ki, İranın nüvə alimi Məsud Əliməhəmmədini qətlə yetirdiyinə görə edama məhkum edilən Məcid Camali Fəşi mayın 15-də sübh saatlarında Tehranda dar ağacından asılıb.

Tehran məhkəməsi Məcid Camali Fəşini İsrailə casusluq etməkdə, həmin ölkəyə səfər edərək iranlı nüvə alimini qətlə yetirmək üçün hərbi təlim keçməkdə, insanlığa qarşı cinayətdə və “Mossad”la əməkdaşlıqda günahlandıraraq edama məhkum etmiş, yuxarı məhkəmə hökmü qüvvədə saxlamışdı.

Tehran Universitetində fizikadan dərs deyən nüvə alimi Məsud Əliməhəmmədi 2010-cu il yanvarın 12-də Tehranın Qeytəriyyə məhəlləsindəki evindən çıxıb avtomobilinə minərkən yaxınlıqdakı zibil yeşiyində quraşdırılmış, uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində yerindəcə həlak olub.

XS
SM
MD
LG