Accessibility links

İran fizik-alimin qətli ilə bağlı həbslər edildiyini xəbər verir


İran fizik-alimin qətli ilə bağlı həbslər edildiyini xəbər verir
İran fizik-alimin qətli ilə bağlı həbslər edildiyini xəbər verir

İranın kəşfiyyat rəhbəri deyir ki, hüquq-mühafizə orqanları bazar ertəsi tanınmış bir nüvə aliminin bomba partlayışında qətli, o birisinin isə yaralanması ilə bağlı bir neçə şübhəlini həbs ediblər. Dövlətə məxsus media Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər ortaya yeni dəlillər çıxarıb ki, bu da əlavə həbslərə yol açıb. Moslehi bildirib ki, hücumlarda İsrail, Britaniya və ABŞ kəşfiyyat orqanlarının əli olub, lakin o, həbs edilənlərin bu agentliklərlə əlaqələri haqda heç nə deməyib. Motosikletdə gedən bir neçə adam maşınında bomba yerləşdirdikdən sonra partlayış nəticəsində alim Məcid Şəhriyari həlak olmuş, həyat yoldaşı isə yaralanmışdır. Oxşar hücumda başqa alim yaralanmışdır. Çərşənbə günü İranın atom enerjisi məsələlər üzrə rəhbəri Əli Əkbər Salehi deyib ki, alimin qətli Qərbdən bir xəbərdarlıq olub. O, bunu “şər adamların” Cenevrədəki danışıqlar ərəfəsində “öz xislətlərini” göstərməsi kimi qiymətləndirib. Salehi Şəhriyarinin dəfn mərasimində şərh verib.

XS
SM
MD
LG