İranın Kəşviyyat Nazirliyi bir neçə nüvə casusunun həbs olunduğunu bildirib. İran dövlət televiziyası kəşfiyyat naziri Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər İran kompyuter şəbəkəsini sıradan çıxaran virusla mübarizə səyləri çərçivəsində edilib. Moslehi deyib ki, İranın düşmənləri ölkənin nüvə fəaliyyətinə maneə yaratmaq üçün elektronik hücumlar həyata keçirir. Lakin o, casusluqda şübhəli bilinənlər haqda və hücumların kibernetika hücumları ilə əlaqəsinə dair məlumat verməyib.
Moslehi deyib ki, İranın düşmənləri ölkənin nüvə fəaliyyətinə maneə yaratmaq üçün elektronik hücumlar həyana keçirir