Accessibility links

BMT-nin baş nüvə müfəttişi İranın qərarına görə təəssüfünü dilə gətirib


BMT-nin baş nüvə müfəttişi Yukiya Amano İranın iki təcrübəli nüvə müfəttişini ölkəyə buraxmamaq qərarına görə təəssüfünü dilə gətirib

BMT-nin baş nüvə müfəttişi Yukiya Amano İranın iki təcrübəli nüvə müfəttişini ölkəyə buraxmamaq qərarına görə təəssüfünü dilə gətirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin toplantısında danışan Amano bildirib ki, İranın bu addımı agentliyin təhqiqatlarına maneə törədir. İran bu iki müfəttişi agentliyə yanlış məlumat verməkdə ittiham edir. Yukiya Amano isə müfəttişlərin professionallığı və qərəzsizliyindən əmin olduğunu deyib. Cari ayın əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyi İranın son bir necə il ərzində Natanz nüvə obyektində 2.8 ton nüvə materalı istehsal və may ayından bəri arsenallarına 2 bombaya kifayət edəcək qədər material əlavə etdiyini bildirmişdi. İran isə nüvə fəaliyyətinin dinc mahiyyət daşıdını bildirir.

XS
SM
MD
LG