Accessibility links

Milli Təhlükəsizlik Nazirliyi jurnalistin həbsi ilə bağlı açıqlama verib


MTN
MTN
Pərviz Həşimov və Təvəkkül Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG