Accessibility links

Bizim Yol qəzetinin əməkdaşının saxlandığı bildirilir [Yenilənib]


 Pərviz Həşimli
Pərviz Həşimli

Pərviz Həşimli ilə bağlı yayılan məlumatlara hələ aydınlıq gətirən yoxdur

Azadlıq qəzetinin əməkdaşı Vidadi Məmmədov öz Facebook profilində Pərviz Həşimlinin qardaşı Zamin Həşimovla telefonla danışdığını yazıb.

“Zamin Həşimov deyir ki, 30 nəfərə yaxın MTN əməkdaşı gəlib.Nə üçün axtarış apardıqlarını demirlər.Bizə heç nə demirlər, kobud cavab verirlər, zorakılıq edirlər. Evdə qadın,uşaq var. Xeyli müddətdir evə daxil olublar. Nəyəsə imza atdırmaq istəyirlər. Pərvizdən də xəbərimiz yoxdur. Heç bir məlumatımız yoxdur” - deyə V.Məmmədov facebook statusunda Zamin Həşimova istinadən yazıb.
--------------------------------------------------------------------------------
“Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimlinin saxlandığı və evində axtarış aparıldığı barədə Facebook-da məlumat yayılıb.

Məlumatı qəzetin digər əməkdaşı Aytən Fərhadova da Facebook vasitəsi ilə təsdiq edib. Həşimlinin telefonu çağırır, amma cavab verən yoxdur. “Bizim Yol” qəzetinin rəhbərlərinin telefonları söndürülüb.

Pərviz Həşimlinin yaxınlarının Azadlıq qəzetinə bildirdiyinə görə, onun evindən guya narkotik və silah tapıldığı haqda protokol tərtib olunub: "Jurnalistin xanımı İlahə Həşimovanı protokola təsdiqləyici imza atdırmaq istəyirlər. Ev mühasirədə saxlanılır və jurnalistin qohumlarını evə buraxmırlar".

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli Facebook-da məlumat paylaşıb ki, "Bizim Yol"un əməkdaşı Pərviz Həşimlinin Biləcəridəki evində də axtarış aparılır.

Onun yazdığına görə, axtarışı aparanlar MTN əməkdaşlarıdır.

İş günü başa çatdığndan hüquq mühafizə orqanlarının mətbuat xidmətlərindən məlumat almaq mümkün deyil. Nə qəzet, nə də hüquq mühafizə orqanları məlumata hələ aydınlıq gətirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG