Accessibility links

Jurnalistin qardaşı: Pərviz Həşimlinin saxlanılması siyasi motivlidir


 Pərviz Həşimli
Pərviz Həşimli

Jurnalist həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğnu bildirirb. Ona qarşı irəli sürülən ittihamları rədd edib. Prezidentliyə namziəd Cəmil Həsənli hökuməti jurnalistlərə təzyiqlərə son qoymağa çağırıb

“Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin harada saxlanması barədə hələ də məlumat verilmir.

Jurnalistin qardaşı Zamin Həşimli Amerikanın Səsinə bildirib ki, jurnalistin saxlanması siyasi motivlidir.

"Guya qardaşının evində divanın altından qumbara tapılıb. Mən bununla razılaşmıram. P.Həşimlinin həyat yoldaşı dedi ki, onların evində hər hansı silah, sursat olmayıb. Milli Təhlükəsizlik Nazırliyinin (MTN) əməkdaşları evə giriblər. Onlar evə daxil olnadan sonra evdə silah və qumbara tapılıb".

Son zamanlar qardaşına qarşı MTN tərəfindən təhdidlər olduğunu deyən Z.Həşimli bu hadisənin onun siyasi fəaliyyətinə görə baş verdiyini bildirib.
Jurnalist həbsini ictinm
Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyi heç bir rəsmi açıqlama vermir. Telefon zənglərinə cavab vermir.

P.Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalıçılıq) və 228.2.1-ci (qanunsuz odlu silah saxlama, daşıma, əldə etmə və s) maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edilib.

Bu səbəbdən məhkəmənin qərarı ilə P.Həşimlinin evində və iş yerində axtarış aparılıb.

Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik maddə saxlamaqda şübhəli bilinirlər.

“Bizim Yol” qəzetinin redaksiyası bəyan edir ki, P.Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmır və ümid edir ki, istintaq obyektiv və qərəzsiz aparılacaq, həqiqət ortaya çıxacaq.

Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı ətraflı məlumatı olmadığını deyib.

Onun sözlərinə görə o, fəal vətəndaş mövqeyinə malik jurnalistin, hüquq-müdafiə fəaliyyəti ilə məşğul olan şəxsin həbs olunması faktı onu narahat edir.

MHİ P.Həşimlinin hüquqlarının müdafiəsilə bağlı hüquqi yardım göstərmək niyyətindədir.

“Moderator.az” saytı da saytı direktoru Həşimlinin həbsilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, sentyabrın 17-də P.Həşimlinin həbsindən sonra evində, çalışdığı “Bizim yol” qəzetinin redaksiyasında axtarış aparılıb. Axşam saatlarından isə MTN əməkdaşları saytın ofisində axtarışa başlayıb və axtarış gecə saatlarına kimi davam edib.

Doqquz nəfər əməliyyatçı iki hal şahidinin və P.Həşimlinin iştirakı ilə ofisdə axtarış aparıblar. Bütün kompüterlər, ofisin sənədləri, junalistlərin istifadə etdikləri material və digər avadanlıqlar protokol tərtib edilərək aparılıb. Saytın ofisində axtarış aparılan saatlarda P.Həşimli ilə sayt əməkdaşları qısa da olsa danışa biliblər. Bu danışıqlarda P.Həşimlıi ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edib, bu haqda ölkə ictimiyyətinə, beynəlxalq qurumlara bilgi verilməsini istəyib.

P.Həşimli ittihamları və cinayət işini əsassız sayır, bu addımın onun ictimai fəaliyyətilə bağlı olduğunu güman edir.

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli də jurnalistin həbsini pisləyib. O, Milli Təhlükəsizlik Nazirliyinin bu hərəkətini söz azadlığına təzyiq kimi qiymətləndirib.

“Biz hər dəfə hakimiyyətə sərf etməyən jurnalistlərin narkotik maddə və silah saxlamaq və ya xuliqanlıq kimi uydurma ittihamlarla həbs edilməsinin şahidi oluruq. Məqsəd rejimi tənqid edənlərin neytrallaşdırılması və jurnalistlərin qorxudulmasıdır”, - C.Həsənli bildirib.

Prezidentliyə namizəd hakimiyyəti jurnalistlərə təzyiqlərə və söz azadlığının məhdudlaşdırılmasına son qoymağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG