Accessibility links

Əflatun Amaşov: Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir [Video-müsahibə]


Əflatun Amaşov: Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Əflatun Amaşov: Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir

Mətbuat Şurasının sədrinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Amerikanın Səsinə müsahibəsində jurnalist Pərviz Həşimlinin həbsinə münasibət bildirib, prezident seçkiləri dövründə medianın monitorinqindən, qara piara qarşı mübarizədən danışıb.

“Jurnalist Pərviz Həşimlinin saxlanması Mətbuat Şurasını narahat edir. Onun saxlanmasının təfərrüatları barədə heç bir məlumatımız yoxdur”, deyə o “Bizim Yol” qəzetinin müxbiri, Moderator.az saytının rəhbəri Pərviz Həşimlinin həbsinə münasibət bildirib.

Amaşovun sözlərinə görə, araşdırma aparılacaq. “Günün ikinci yarısında jurnalstlə bağlı müvafiq orqanlara məktublar ünvanlanacaq. Mətbuat Şurası işin gedişini diqqət mərkəzində saxlayacaq”, Mətbua Şurasının sədri bildirib.

O Seçki dövründə mətbuatın vəziyyəti, jurnalistlərin durumu ilə bağlı monitorinq aparılacağını deyib.

“Mətbuat Şurası seçki dövründə mütəmadı olaraq monitorinq aparır. Seçki müddətində biz fəaliyyət istiqamətimizi daha çox küçə aksiyaları zamanı, namizədlərin təşviqatı ilə bağlı keçirilən tədbirlərdə jurnalistlərin informasiya almasına yönəldəcəyik.

Bizi narahat edən məqamlardan biri də o, ola bilər ki, müxtəlif tərəflər, müxtəlif KİV-də qara piardan istifadə edə bilərlər.

Ötən eçkilərdə biz bu halın şahidi olduq. Hələ ki, monitorinqin ilk günləridir, ciddi hadisələrin şahidi olmamışıq. Bu barədə MŞ-na müraciətlər olunmayıb”, Amaşov bildirib.

Seçki günü Mətbuat Şurasının qaynar xətti də fəaliyyət göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG