Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam etdirilib.
Vəkil Əlaif Həsənov Amerikanın Səsinə bildirib ki, iclasda ittiham aktı elan edildikdən sonra şahid qismində Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin iki əməkdaşı – Aqil Əliyev və Xəyal Nəsibov, habelə iki hal şahidi – Elnur Məhərrəmov və Ceyhun Əliyev ifadə verib.
Polislər bildiriblər ki, Məmmədov üzərində narkotik olması haqqında əməliyyat məlumatı əsasında saxlanıb.
Lakin istintaq Məmmədovda olan bu narkotik vasitələrin mənbəyini müəyyən etməyib.
Məmmədov özü bildirib ki, Narkotiklərə qarşı Mübarizə İdarəsində Ələkbərov soyadlı əməkdaş ondan etirafedici ifadələr almaq məqsədilə qabırğalarına 8 yumruq zərbəsi endirib.
Daha sonra hal şahidləri dinlənilib.
Bu zaman vəkillər Məhərrəmovdan indiyədək başqa işlər üzrə hal şahidi olub-olmadığını soruşublar, o, inkaredici cavab verib.
Belə olduqda müdafiə tərəfi hakimə Bakı Ağır Cinayətlər Məhkəməsinin, Nəsimi və Nərimanov rayon məhkəmələrinin Məhərrəmovun bu işlər üzrə hal şahidi kimi iştirak etdiyi göstərilən qərarlarını təqdim edib.
Lakin hakim bu sənədləri qəbul etməyib, bu da vəkil Həsənovun fikrincə, görünməmiş qanun pozuntusudur.
Məmmədov özü bildirib ki, o saxlanılarkən heç bir hal şahidi iştirak etməyib, şahidləri yalnız Narkotiklərə qarşı Mübarizə İdarəsində görüb, burada onlar hansısa sənədləri imzalayıblar. Bu zaman Məhərrəmov fəala deyib ki, “niyə siyasətlə məşğul olursan, axı ölkədə hər şey yaxşıdır”.
Məhkəmə prosesi mayın 22-də saat 11-də davam etdiriləcək.
Ömər Məmmədov Axın Gənclər Hərəkatının və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qoşulub.
Məmmədov sosial şəbəkələrdə fəal idi, xüsusən facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların və şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin (https://www.facebook.com/pazaztv?fref=ts ) administratorlarından biri olub.