Accessibility links

Prezident Obama Konqresi iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır


Prezident Obama Konqresi iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır
Prezident Obama Konqresi iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır

ABŞ prezidenti Barak Obama Konqresi iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırıb. Amerika xalqına həftəlik müraciətində cənab Obama deyib ki, onun qanuna imza atması üçün Konqresin ən tez zamanda birgə fəaliyyət göstərib iş yerlərinə dair qanun təsdiq etməsinin vaxtı gəlib çatıb. Prezident Obama 447 milyard dollarlıq qanun layihəsini Konqresə üç həftə bundan əvvəl göndərib. Cənab Obama deyib ki, qanun layihəsi minlərlə müəllim, polis işçisi və inşaatçı üçün yeni iş yerlərinin açılmasını nəzərdə tutur. O bildirib ki, iqtisadçılar iş yerlərinin iqtisadiyyatın dirçəlməsinə kömək edəcəyini düşünür. Respublikaçıların müraciətində konqresmen Morqan Qriffit biznes şirkətləri üçün normativ tələblərin azaldılmasına təkid edib. Respublikaçılar maaşlardan alınan vergilərin azaldılması kimi prezidentin təqdim etdiyi qanun layihəsinin bəzi müddəaları ilə razıdır.

XS
SM
MD
LG