Accessibility links

Barak Obama prezidentliyə namizəd Rik Perrinin qubernatorluq etdiyi Texas ştatındadır


Barak Obama prezidentliyə namizəd Rik Perrinin qubernatorluq etdiyi Texas ştatındadır
Barak Obama prezidentliyə namizəd Rik Perrinin qubernatorluq etdiyi Texas ştatındadır

ABŞ prezidenti Barak Obama bu gün respublikaçılar tərəfindən prezidentliyə namizəd olan Rik Perrinin qubernatorluq etdiyi Texas ştatında iki nitqlə çıxış edir. Respublikaçıların əksəriyyət təşkil etdiyi bu ştatda o, bir daha Konrqesi onun iş yerlərinin açılmasına dair planının təsdiqinə çağırır. Cənab Obama dünən 2012-ci il seçkilərində qələbə əldə edəcəyinə və 4 il əvvəl amerikalıların daha yaxşı yaşadığına inanmadğını deyib. Prezident administrasiyasının iqtisadiyyatın canlandırılması üçün bütün lazımi addımların atdığını bildirib. Obamanın 447 milyard dollarlıq planı amerikalıların iş yerlərinə qaytarılmasını nəzərdə tutur. O bildirib ki, ABŞ-da işsizlik səviyyəsi 9 faiz olduğu bir zaman Konqres üzvləri ilə bir daha görüşməyi planlaşdırır. Respubçlikaçı qanunvericilər planın bəzi hissələrini bəyəndiklərini desələr də, onun tam şəkildə təsdiqi gözlənilmir.

XS
SM
MD
LG