Accessibility links

Prezident Obama senatorları iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır


Prezident Obama senatorları iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır
Prezident Obama senatorları iş yerlərinə dair qanun layihəsini təsdiq etməyə çağırır

ABŞ prezidenti Barak Obama senatorları çərşənbə axşamı günü səsverməyə çıxarılacağı gözlənilən iş yerlərinə dair qanun layihəsini təsdiq etmək çağırışlarını intensivləşdirib.

Bu gün həftəlik müraciətində cənab deyib ki, 447 milyard dollarlıq qanun layihəsi minlərlə insanın iş yerləri ilə təmin edilməsi ilə yanaşı, eyni zamanda işçilər və kiçik biznes sahibləri üçün vergiləri ixtisar etməyə imkan verəcək.

Prezident Obama deyib ki, o, respublikaçıların iqtisadiyyatın dirçəlməsi, vergilərin ixtisar edilməsi və insanlar üçün iş yerlərinin açılmasına dair daha yaxşı planları varsa, onları dinləmək istərdi. Prezident bildirib ki, iş yerlərinə dair qanun layihəsi iqtisadiyyatın uzun müddət üçün bərpasına kömək etmək üçün atılacaq addımları açıqlayır.

Respublikaçıların müraciətində Cənubi Dakota ştatından senator Con Thun prezidentin təqdim etdiyi qanun layihəsini tənqid edərək bunun amerikalılar üçün yeni iş yerləri açmaq əvəzinə, prezidentin öz yerini qoruyub saxlaması üçün bir vasitə olduğunu deyib.



XS
SM
MD
LG