ABŞ prezidenti Barak Obama Konrqesi onun iş yerlərinin açılmasına dair planını təsqid etməyə çağırıb. Cənab Obama bu gün Kaliforniya ştatında yüksək texnologiya şirkətlərinin yerləşdiyi Silikon Vadisində keçirilən tədbirdə danışıb. Prezident Obama deyib ki, amerikalıları iş yerlərinə qaytarmaq üçün 450 milyard dollar ayrılmasını nəzərdə tutan planın təsdiqi ən mühüm addımdır. O bildirib ki, ABŞ-da işsizlik səviyyəsi 9 faiz olduğu bir zaman amerikalıların bundan artıq gözləməyə vaxtı yoxdur. Prezident Obama ona internet vasitəsilə göndərilmiş və auditoriyadan verilmiş sualları cavablandırıb. Yayım peşəkar mütəxəssislərin istifadə etdiyi LinkedIn şəbəkəsi vasitəsilə yayımlanıb.
Prezident Obama Konqresi bir daha iş yerlərinin açılmasına dair planı təsqid etməyə çağırıb
- Amerikanın səsi