Accessibility links

Nyut Gingriç prezidentlik uğrunda yarışı tərk edir


Rəsmi açıqlamasına bir gün qalmış, Respublikaçı prezidentliyə iddialı Nyut Gingriç tərəfdarlarına bildirib ki, o, prezidentlik uğrunda yarışı tərk edir.

Gingriç video mesajını öz vebsaytında yerləşdirib. Həmin çıxışda Gingriç onun kampaniyasına pul vermiş 180,000 və Respublikaçı praymerizdə ona səs vermiş 2.5 milyon adama təşəkkür edib.

Mitt Romninin adını çəkmədən cənab Gingriç bildirib ki, Birləşmiş Ştatlar iri böhranla üzləşir. Onun sözlərinə görə Barak Oamanın yenidən prezident seçilməsi ölkə üçün “əsl fəlakət” olardı.

Gingriç iki ştatda keçirilmiş praymerizdə – Cənubi Karolinada və Corciya ştatında qələbə çalmışdı. Amma ümummilli rəy sorğularında o, Mitt Romni və Rik Santorumdan xeyli geridə qalırdı.

XS
SM
MD
LG