Accessibility links

Mitt Romni Nyu Hempşirdə seçicilərlə görüş keçirəcək


Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan Mitt Romni seçiciləri ölkəni prezident Barak Obamadan yaxşı idarə edəcəyinə inandırmaq üçün əsas diqqətini noyabr ayında keçiriləcək ümumi seçkilərə yönəldir.

Bu gün beş ştatda Respublikaçılar partiyasının namizədinin müəyyən edilməsi məqsədilə ilkin seçki keçirilir. Mit Romni seçicilərilə görüşlər keçirəcək. Onun Nyu Hempşirdə seçicilərlə tədbirə qatılacağı bildirilir. Yardımçılar görüşün nominasiya uğrunda yarışda həlledici mərhələnin balanğıcı olacağını deyirlər. Romninin bütün ştatlarda qələbə çalacağı gözlənilir.

Romninin kampaniyası prezidentin siyasətinin tənqid edildiyi bəyanatla çıxış edib. Burada əsas diqqət prezident Obamanın səhiyyə və enerji sahələrində siyasətinin tənqidinə yönəlib. Bəyanatda onun hakimiyyətə gəldikdən sonra gənclər üçün hansı işlər gördüyü sual edilir.

XS
SM
MD
LG