Accessibility links

Təbriz polisi çərşənbə mərasimində toplaşanların həbs olunacaqları ilə hədələyib


Təbriz polisi çərşənbə mərasimində toplaşanların həbs olunacaqları ilə hədələyib
Təbriz polisi çərşənbə mərasimində toplaşanların həbs olunacaqları ilə hədələyib

Xatırladak ki Yaşıl Hərəkatın liderləri və bəzi azərbaycanlı siyası fəaallar, iranlıları, hakimiyyət əleyhinə etiraz nümayişləri üçün çərşənbə axşamı od yandırma və tonqal ateşi üstündən atlanma mərasimi bahanəsilə xiyabanlara çıxmağa çağırıblar. Onlar İran xalqlarından isteyiblər ki, bu mərasimi dövlət əleyhinə etiraz nümayişlərinə çevirsinlər.

İranın Şərqi Azərbaycan əyalətinin polis kumandanı Məsud Xurrəmniya çərşənbə mərasiminə çıxanların tututulacaqları ilə hədələyib. O deyib ki, Axır çərşənbə, xiyabanlarda toplaşmaq və təhlükəli hərəkətlər qadağandır.

Şərqi Azərbaycanın polis fərmandehi (kumandanı) əyalətin müxbirlərilə müsahibə zamanı yuxarıdakıları deyib. Təbrizdə çap olan həftəlik "Saqi" dərgisi bu xəbəri yayaraq, Yaşıl Hərəkat və azərbaycanlı bəzi siyasi fəaalların çağırışlarına üstü örtülü işarə edir. Xatırladak ki Yaşıl Hərəkatın liderləri və bəzi azərbaycanlı siyası fəaallar, iranlıları, hakimiyyət əleyhinə etiraz nümayişləri üçün çərşənbə axşamı od yandırma və tonqal ateşi üstündən atlanma mərasimi bahanəsilə xiyabanlara çıxmağa çağırıblar. Onlar İran xalqlarından isteyiblər ki, bu mərasimi dövlət əleyhinə etiraz nümayişlərinə çevirsinlər.

Şərqi Azərbaycan polisinin kumandanı Məsud Xurrəmniya bu çağırışları nəzərdə tutaraq deyib: “Bəzi adamlar və quruplar öz pis niyyətli məqsədləri üçün çərşənbə mərasimindən faydalanmaq isteyirlər və bəziləri də xalqı təşvişə salmağa çalışırlar.” O əlavə edib ki, onlar ümum əhalininin yanında kiçik bir qrupdurlar və polis onlarla şiddətli rəftar edəcək. Şərqi Azərbaycan polis fərmandehi görüləcək tədbirləri və gücdən istifadəni əmniyyət üçün lazım gördüyünü bildirib.

Cənab Xorrəmniyanın verdiyi məlumata əsasən, Təbrizin başlıca xiyabanlarında polis hazır vəziyyətdə olacaq və hər cür toplaşma cəhdinə gücdən istifadə ilə cavab verəcək. Cənab Xörrəmniya bildirib ki, əgər bəzi adamlar və quruplar istiyələr ki, hakimiyyətin çəkdiyi qırmızı xətləri keçələr və əgər istiyələr ki, umumi nizamı pozalar, polislə qarşılaşacaqlar.

Polis, mövzuyla bağlı xəbərdarlıqları və elanları Təbriz və Azərbaycanın digər iri şəhərlərində dövlət radio və televiziyalarından yayıb. Polis xalqa bildirib ki, çərşənbə şadlıqları üçün xiyabanlara çıxmasınlar və arzu edənlər öz həyət və ya küçəsində od yandırsın. Polis insanların bir yerdə toplaşmalarına qarşı xəbərdarlıq edir.

Bu arada, İranın təhlükəsizlik idarələri elan ediblər ki, hər kim çərşənbə mərasimlərində tutulsa, Novruz Bayramından sonrayadək həbsdə qalmalı olacaq. Amma Şərqi Azərbaycan polisi kumandan: Məsud Xorrəmniya daha irəli gedərək Azərbaycan əhalisinə xəbərdarlıq edib ki, çərşənbə və Novruz Bayramı mərasimlərində tutulanların avtomobil və motosikletləri, Novruz Bayramından 16 gün sonraya qədər saxlanacaq. Cənab Xörrəmniya, tutulanların nə müddətdə həbsdə qalacağı barədə bir söz deməsə də bu müddətin də 16 gün olması gözlənilir.

Qeyd olunmalıdır ki, İranda Novruz zamanı 13 gün şadlıq və ən azı bir həftə rəsmi tətil olmalıdır amma məktəblər, universitetlər və bir çox dövlət idarələri, şirkətlər və fabrik-zavodlar (karxanalar) bayramdan 20 gün sonraya dək ya yarı, ya tamam tətil olarlar.

Cənab Xorrəmniya xəbər verdi ki, Şərqi Azərbaycan polisi şadlıq tədbirləri zamanı atəşfəşanlıqda istifadə edilən ən azı, 4 milyon 200 min taraqqanı satıcılardan müsadirə edib və bunununla bağlı olaraq 100 adamı nəzarət altına alıb.

Xatırladaq ki, Yaşıl Hərəkatına yaxın olan sitələr, İran xalqlarını çərşənbə günündən etibarən, etiraz nümayişlərinə başlamağa və etirazlarına fasiləsiz davam etməyə çağırıblar.

XS
SM
MD
LG