Accessibility links

Qərbi Azərbaycanda dörd istehsal müəssisəsi bağlanıb


Qərbi Azərbaycanda dörd istehsal müəssisəsi bağlanıb
Qərbi Azərbaycanda dörd istehsal müəssisəsi bağlanıb

İran Azərbaycanında iqtisadi vəziyyətin ildən ilə tənəzzülü nəticəsində çoxlu adam iş tapmaq məqsədilə İranın başqa ustanlarına köçür. İnqilabdan əvvəl iqtisadi cəhətdən Tehrandan sonra ikinci, üçüncü yerləri tutan Təbriz indi onyeddinci yerdədir.

İranın Qərbi Azərbaycan əyalətinin Səlmas şəhərində dörd istehsal müəssisəsinin bağlanmasına görə onlarla adam işsiz qalıb. Onlara əlavə olaraq su idmanları üçün istifadə edilən gölün bağlanması nəticəsində burada işləyən adamlar da işdən kənarlaşdırılıb

Peyki İran, Balatərin, Azadəgi və İran Üçün İttihad sitələri bu barədə xəbər veriblər. Xəbər İranlıların xaricdə olan veb saytlarında geniş şəkildə yayılıb. İstehsal müəssisələrinin bağlanması barədə qərarlarla bağlı xəbər Novruz Bayramı günü ilin təhvilindən bir neçə saat sonra yayılıb.

İran Bəşər Haqları Fəaallarının Xəbər Ajansı HARANA-nın yaydığı xəbərə görə "Arəş qənd və şəkər karxanası", “Məhsa, süd və süd məmulları müəssisəsi", "Zola süt zavodu", "Palidə ət müəssisəsi" bağlanıb. Murvarid gölündə isə su idmanları dayandırılıb. Nəticədə onlarla adam işsiz qalıb.

Digər tərəfdən isə xəbər gəlir ki Səlmas şəhərinin digər 2 müəssisəsi, "Qələndəri Süt Məmulları" və “İtminan qab-qaşıq zavodu” bağlanmaq təhlükəsi ilə üz üzədir. Xəbərlərdə deyilir ki, bu müəssisələrinin bağlanmasının qarşısını almaq üçün fəhlələrin bir hissəsini artıq işdən kənarlaşdırıblar.

Səlmas şəhəri Qərbi Azərbaycanda yerləşir. Eradan min il əvvəl Urartuların bu bölgədəki hakimiyyəti zamanı Səlmas ölkənin ikinci paytaxtı sayılırdı. Şəhər o zamanda Ulhu və ya Ulxu adlanırdı. İranda Pəhləvi hakimiyyəti dövründə şəhərin adı Şapur olaraq dəyişdirilmişdi.

1930-cu il May ayının 6-da (1309, Ordibehişt ayının 16-da) baş verən zəlzələ şəhərin tam olaraq dağılmasına səbəb olub. Bundan sonra əhalinin zəlzələdən xilas olan hissəsi şəhərin xarabalıqları yaxınlığında yeni modern bir şəhər saldılar. İran İslam inqilabından sonra şəhərin adı Səlmas olaraq dəyişdirildi.

Səlmasın tarixi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, İranın məşrutə inqilabı zamanında ölkədə nadir bir hadisə kimi bu şəhərin əhalisinin tamamı məşrutəçi olub.

XS
SM
MD
LG