Accessibility links

İran müxalifətinin liderləri zindanda kəskin təzyiq altında saxlanır


İran müxalifətinin liderləri zindanda kəskin təzyiq altında saxlanır
İran müxalifətinin liderləri zindanda kəskin təzyiq altında saxlanır

Mirhüseyn Musəvi, Mehdi Kərrubi və onların xanımlarının həbsə salınması İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa göstərişi ilə həyata keçirilib

İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin Tehranın Heşmətiyyə zindanında saxlandığı bildirilir.

Mirhüseyn Musəvi, Mehdi Kərrubi və onların xanımları Tehranın Heşmətiyyə zindanında kəskin təzyiq altında saxlanır və dindirilir. Bu barədə Media forum saytı Mirhüseyn Musəviyə yaxın Kalameh saytına istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, Musəvi, Kərrubi və onların xanımlarının həbsə salınması İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa göstərişi ilə həyata keçirilib.

Sayt yazır ki, Heşmətiyyə zindanı İran ordusunun nəzdində fəaliyyət göstərsə də, hazırda ona tam şəkildə İran kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları nəzarət edir.

Martın 1-də səhərdən İran paytaxtı Tehranın əsas küçə və meydanları təhlükəsizlik qüvvələrinin xidməti və mülki geyimli, silahlanmış əməkdaşlarının nəzarətinə götürülüb. Bu, müxalifət liderləri Mirhüseyn Musəvinin və Mehdi Kərrubinin həbsinə etiraz olaraq bu gün keçiriləcəyi elan olunan aksiyanın qarşısını almaq üçündür.

Media forum saytının məlumatına görə, Tehranda güclü yağış yağır. Şəhərin əsas küçə və meydanlarında, o sıradan İmam Hüseyn, Firdovsi, İnqilab və Azadlıq meydanlarında, eləcə də Vəliəsr dördyolunda İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) və onun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının silahlı və maskalı qüvvələri yerləşdirilib.

XS
SM
MD
LG