Accessibility links

Şimali Koreya lideri xalqa ilk müraciətini edib


Şimali Koreyanın yeni lideri Kim Conq Un hakimiyyətə gəldikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını edib.

Nitqi zamanı o, xarici siyasətdən tutmuş iqtisadiyyata qədər müxtəlif məsələlərə toxunmuşdur. Çıxışında o, xarici ölkələrin onun ölkəsini qorxumtaq cəhdlərinə imkan verməycəyini deyib.

“Hərbi texnologiyada üstünlük artıq imperialistlərin əlində monopolizə olunmayıb. Düşmənin atom bombalarından istifadə edərək, bizi qorxudub şantaj etdiyi dövr birdəfəlik bitib”-deyə o bildirib.

Bazar günü müraciətində cınab Kim Şimali Koreyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışıb və ölkənin hərbi qüdrətinin başlıca prioritet olduğunu deyib.

Pxenyanın mərkəzində keçirilən hərbi paradda cümə günü Sarı dənizdə sınaqdan keçirilmiş raket bənzər başqa bir raket qoyulmuşdur.

Bəzi təhlilçilər yeni raketin sınağı baş tutmamış uzunmənzilli raketdən daha böyük olduğunu bildirib, digərləri isə bunun sadəcə maket olduğunu deyib.

XS
SM
MD
LG