Accessibility links

Asiya qüdrətləri Pxenyana xəbərdarlıq edirlər


Çin, Yaponiya və Cənubi Koreya liderləri bildirirlər ki, onlar Şimali Koreyanın təxribatlarına dözmək niyyətində deyillər. Bu bəyanat Pxenyanın yeni nüvə sınağı keçirməyə hazırlaşdığı vaxta təsadüf edir.

Cənubi Koreya prezidenti Li Myunq-bak bu fikri Pekində Çin baş naziri Ven Ciabao və Yaponiya baş naziri Yoşihiko Noda ilə görüşdə dilə gətirib.

Şimali Koreyanın ötən ay uğursuz raket uçurma cəhdi BMT Təhlükəsizlik Şurasının sanksiyaları ilə nəticələndi. Pxenyanın sınağı bu hərəkəti ballistik raket sınağına hazırlıq kimi qiymətləndirən ABŞ və onun müttəfiqlərinin kəskin reaksiyası ilə üzləşdi.

Pekində bir araya gələn liderlər ilin sonunadək azad ticarət danışıqlarına başlamağı planlaşdırırlar. Onlar habelə investisiya razılığına imza atıblar.

Çin, Yaponiya və Cənubi Koreya Asiyanın üç ən qüdrətli iqtisadiyyatları sayılır.

XS
SM
MD
LG