Accessibility links

Hillari Klinton: Amerika öz dəyərlərinə sadiq qalmaqda davam edəcək


“Biz sübut etmişik ki, dünya üçün qarşıda çətin anlar dursa da Amerikanın keçmişdə olduğu kimi indi də liderliyini saxlamasının dünya üçün böyük əhəmiyyəti var,” deyə ABŞ Dövlət Katibi Hillari Klinton Nyu Yorkun Sirakuza Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib. “Çünki hətta liderlə və cəmiyyətlə ABŞ-ı tənqid etsələr də, gözlənti həmişə ondan ibarətdir ki, biz öz dəyərlərimizi qorumaqda və başqaları üçün ilhamverici nümunə kimi qalmaqda davam etməliyik.”

Dövlət Katibi Klinton aydın edib ki, ABŞ-ın sərgilədiyi istənilən liderlik nümunəsi vətən daxilində iqtisadi və siyasi gücə arxalanmalıdır. “Əgər insanlar bizim iqtisadiyyatımızın gücünə və bu günü liderliyə imkan verdiyinə əmin olmamsalar, onda biz Amerikanın mövqelərini və dəyərlərini təşviq edə bilmərik,” deyə o, bildirib.

Dövlət Departamenti qəfil böhranlarla və uzun dönəmli sınaqlarla eyni zamanda ayaqlaşmalıdır. Bu vəzifənin öphdəsindən gələ bilmək üçün xanım Klinton Dördillik Diplomatiya və İnkişaf İcmalı adlı proqram təsis edib. Bu plan qarşıdan gələn dörd il ərzində nail olumalı hədəfləri və məqsədləri müəyyən edəcək. “Mən priotitetlərin müəyyən edilməsinə və onlara riayət olunmasına inanıram,” deyə Hillari Klinton bildirib. “Biz spesifik prioritetlər siyahısı müəyyən etmişik ki, burada Şimali Koreya və İran kimi ölkələrdə cərəyan edən böhranlarla üzləşməyin yolları, həmçinin qlobal iqlim dəyişikliyi, nüvə və başqa kütləvi qırğın silahlarının yayılması problemlərini aradan qaldırmaq kimi qlobal məsələlərlə necə üzləşməli olduğu yolları açıqlanacaq.”

Andiçmə mərasimindəki çıxışında ABŞ-ın ilk Dövlət Katibi Klinton Tomas Ceffersona istinad edərək deyib ki, “millətin maraqları yaxşı başa düşüləndə o, həmin millətin mənəvi məsuliyyətləri ilə üst-üstə düşür.” Tarixən amerikalılar demokratiya və insan haqlarını müdafiə ediblər, “amma ürəyə yaxın dəyərləri həmişə hər yerdə icra etmək çətin vəzifədir.” Dövlət Katibi Klinton deyib: “Biz daim demokratik sistemin təsisatlaşdırılması üçün tələb olunan aşkarlığa, azlıqlara hörmət olunmasına, müstəqil ədliyyə, azad mətbuatın qorunmasına çalışmalıyıq.”

XS
SM
MD
LG