Şimali Koreya rəsmiləri bu gün startdan öncə raketə yanacaq doldurulduğunu bəyan edib. Uçuş mərkəzinin direktoru Pen Çan Ho bunu xarici jurnalistlər qarşısında söyləyib. O deyib ki, metereoloji qurğu artıq raketə yerləşdirilib və raket hava şəraitindən asılı olaraq aprel ayının 12-si ilə 16-sı arasında havaya buraxılacaq.
Bazar günü uçuş meydanını ziyarət edən jurnalistlər prosesi video-translyasiya vasitəsi ilə izləyib.
Şimali Koreyanın bu addımı qonşularının ciddi narazılığına yol açıb. Belə ki, onlar bunun ballistik raket sınağı olacağından ehtiyat edir. Şimali Koreya isə məqsədinin yalnız kosmik araşdırmalar olduğunu iddia edir.
Japoniya və Cənubi Koreya əraziləri üzərindən keçərsə, raketi vurub salacaqları ilə hədələyib.