Accessibility links

Kim Conq Una yeni titullar verilir


Şimali Koreya siyasi keçid prosesini yekunlaşdırmağa yaxınlaşaraq atası və babası tərəfindən əsası qoyulmuş sülalənin varisi Kim Conq Una yeni vəzifələr bəxş edib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi cənab Kimi hakim Əməkçilər Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədri təyin edildiyini xəbər verib. Bu komissiya ölkənin 1.1 milyonluq hərbi qüvvəsinə başçılıq edir.

Kim Conq Un həmçinin Siyasi Büronun üzvü seçilmiş və birinci katib titulu ilə təltif edilmişdir.

Müşahidəçilər deyirlər ki, Kimin yeni titutlları atası Kim Conq İl öldükdən sonra onun kommunist partiyasının rəhbərliyinə labüd qalxımının tərkib hissəsidir.

XS
SM
MD
LG