Accessibility links

Avropa məhkəməsi Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Amnesty İnternational Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməs iSeçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, şikayət A.Məmmədlinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə hüquqlarının pozulması ilə əlaqədar verilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin saytının məlumatına görə ərizəçi öz hüquqlarının pozulmasını həbsinin qanunsuz olması ilə əsaslandırıb. Həmçinin həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətdən imtina edilməsinin əsassız olduğu göstərilib.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. O, vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə təqsirli bilinir.

Amnesty İnternational A. Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.

Sentyabrın sonlarında o, Vatslav Havel adına mükafata layiq görülüb.

XS
SM
MD
LG