Accessibility links

Anar Məmmədli: Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşə şərait yaradılmalıdır


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Sentyabrın 26-da vəkil Fariz Namazli Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə görüşüb.

Məlumatda deyilir ki, görüş zamanı A.Məmmədli saxlanılma şəraitindən şikayət etməyib. Ancaq hazırda hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraiti ilə bağlı yayılan məlumatlar digər siyasi məhbuslar kimi onu da narahat edir.

A.Məmmədli ümid edir ki, tezliklə Leyla xanıma qarşı baş verən təzyiqlər aradan qalxacaq.

A.Məmmədlinin digər narazılığı siyasi hakimiyyət tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə imkan verilməməsidir.

Məsələn, bu günlərdə Bakıda səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının sədri Ann Brasser Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçiləri ilə görüşmək istəyib, amma buna imkan verilməyib. Eyni zamanda indiyədək ATƏT, BMT, Avropa Birliyinin və digər beynəlxalq qurumların nümayəndələri onunla və həbsdəki digər hüquq müdafiəçiləri ilə görüşmək istəsə də, buna şərait yaradılmayıb.

A.Məmmədlinin fikrincə, onlara qarşı qondarma və əsassız məhkəmə hökmlərinin çıxarılmasına sifariş verən hakimiyyət bu cür davranışı ilə hüquq müdafiəçilərini haqsız yerə həbs olunmasını təsdiq etmiş olur. Ancaq A.Məmmədli hesab edir ki, insan hüquqlarının müdafiəsi sahəsində çalışan 10-dək şəxsin həbsxanada olması nəzərə alınmalıdır.

Beynəlxalq təşkilatların Azərbaycana ənənəvi səfərləri zamanı onlarla görüşə şərait yaradılmalıdır. Çünki, beynəlxalq təşkilatların insan hüquq və azadlıqları sahəsində çalışan müstəqil və obyektiv qeyri-dövlət təşkilatlarının alternativ rəylərini öyrənmək imkanı olmalıdır.

A.Məmmədlinin fikrincə, hazırda azadlıqda olan hüquq müdafiəçilərinin sayının az olması, bəzi şəxslərin isə təqiblər şəraitində çalışması faktları da nəzərə alınmalıdır.

Хəbəri SMDT-nin Media və İctimaiyyətlə Əlaqələr Departamenti yayıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG