Accessibility links

Böyük Britaniya Anar Məmmədlinin həbsindən məyusdur


Böyük Britaniya
Böyük Britaniya

Britaniya Xarici Xarici İşlər Nazirliyi Azərbaycanı ədalət prinsiplərinə hörmət etməyə çağırır

Böyük Britaniya Azərbaycanı ədalət prinsiplərinə hörmət etməyə və bu narahatedici tendensiyanı dəyişməyə çağırır.

Bu barədə B.Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə bildirib ki, mayın 26-da Bakıda üç vətəndaş cəmiyyəti fəalına cəza kəsilməsi və ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər narahatedici tendensiyalardan biridir.

Əvvəlcə NİDA-çı gənclərə və siyasi müxalifət fəallarına qarşı məhkəmə hökmləri olub.

Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və səlahiyyətlərindən sui-istifadə iddiaları ilə həbs olunan Anar Məmmədli, Bəşir Sulemanli və Elnur Məmmədovun məhkum olunmasından məyusluq keçirir.

“Müstəqil seçki müşahidəçiləri demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır və onların öz işini təhdid qorxusu olmadan davam etdirməsinə şərait yaradılmalıdır”, deyə bəyanatda xatırladılır.
XS
SM
MD
LG