Accessibility links

Bəşir Süleymanlı: İttihamlar saxtadır - seçkilərdəki fəaliyyətimizlə bağlıdır [Həbsdən öncə video-müsahibə]


“İttihamlar saxtadır və seçkilərdəki fəaliyyətimizlə bağlıdır”
please wait

No media source currently available

0:00 0:06:37 0:00

پوپ فرانسس امریکہ کے صدر براک اوباما کے ساتھ محو گفتگو ہیں۔

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun hökmdən öncə Amerikanın Səsinə müsahibəsi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) icraçı direktoru Bəşir Süleymanlı və Könüllüklərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) prezidenti Elnur Məmmədov Amerikanın Səsinə müsahibəsində ibtidai istintaq, məhkəmə prosesi və prokurorun uzunmüddətli həbs istəməsini sifariş kimi dəyərləndirib.

SMDT rəhbəri Anar Məmmədli, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədov Cinayət Məcəlləsinin 5 maddəsi üzrə - vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə, böyük ölçüdə əmlak mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Məmmədli dekabrın 17-də həbsə alınıb, digər iki şəxsdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.

Amnesty İnternational A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.

Ötən həftə prokuror məhkəmədən Anar Məmmədliyə rəhbər vəzifələrdə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9,5 il, Bəşir Süleymanlı və Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8,5 il azadlıqdan məhrum etmə cəzası istəyib.

“Dövlət ittihamçısının Anar Məmmədliyə və bizə uzunmüddətli həbs istəməsi gözlənilən xoş nəticə deyil. Məhkəmənin gedişində ittihamlar təsdiqini tapmadı.
Gözləyirdik ki, prokuror ittihamlara xitam verilməsini məhkəmədən xahiş edəcək. Amma, bu baş vermədi
Gözləyirdik ki, prokuror ittihamlara xitam verilməsini məhkəmədən xahiş edəcək. Amma, bu baş vermədi”. Bu barədə SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı bildirib.

Onun fikrincə, prokurorun ən ağır cəza istəməsi qəbuledilməzdir. “Biz bu cəzanı qəbul etmirik, fəaliyyətimizlə əlaqələndiririk. İstintaq saxta şəkildə aparılıb, heç bir sübutu yoxdur”, o qeyd edib.

Elnur Məmmədov deyib ki, ittiham tərəfinin özünün şahidləri və
zərərçəkmiş kimi tanıdığı şəxslər ittiham aktını alt-üst edib. “Burada əsas ittiham mənimsəmə ilə bağlıdır. Pulu verən təşkilatın heç bir narazılığı yoxdur.

Pul alan şəxslərin də narazılığı yoxdur. Biz qrant almışıq və digər tərəfə əmək haqqı, xidmətlər üzrə məbləğlər ödəmişik. Qrant verən təşkilat monitorinqlər aparıb və hesabatların düzgün olduğunu bildirir.

Xidmət göstərənlər isə xidmət haqlarının ödənildiyini, zərər çəkmədiyini bildirir. Hətta onlar məhkəmədən sual edirlər ki, nədən ziyan çəkiblər?”, Elnur Məmmədli bildirib.

O, təəssüf edir ki, prokurorluq məhkəmədə deyil, istintaqda verilən ifadələri əsas götürüb. “Məhkəmədə şahidlər ya belə ifadə vermədiyini, ya da hansısa nöqsanlar üzündən ifadə verdiklərini bildirdi”, o deyib.

B.Süleymanlı və E.Məmmədov ittihamları və prokurorun onlara ağır cəza istəməsinin fəaliyyətləri ilə bağlı olduğunu bildirib.

“SMDTM-nin ötən il keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı tənqidi çıxış etməsi və nəticələrin azad və ədalətli şəraitdə baş verməməsi ilə bağlı hesabat yayması bizə qarşı cinayət işi açılmasına səbəb oldu.

Cinayət işi seçkidən cəmi 20 gün sonra açıldı. Təbii ki, ittihamlar saxtadır və seçkilərdəki fəaliyyətimizlə bağlıdır. Əgər seçkilərin nəticələri ilə bağlı müsbət rəy versəydik, nə cinayət işi olardı, nə də Anar Məmmədli həbs edilərdi. Biz indi hansısa ölkədə və ya rayonda kef edirdik”, deyə Süleymanlı ironya ilə qeyd edib.

Hər iki şəxs həbslərinin ölkədə heç nəyi dəyişməyəcəyini deyib. “Bizim həbsimiz sadəcə insanların gözünü qorxutmaq üçün edilir”, E.Məmmədov bildirib.
Bizim məqsədimiz azad seçki, demokratik cəmiyyətdir. İstəklərimiz pozitivdir və qarşısı alınmaz bir prosesdir.
Bizim məqsədimiz azad seçki, demokratik cəmiyyətdir. İstəklərimiz pozitivdir və qarşısı alınmaz bir prosesdir.

“Yeni nəsil bilir ki, mövcud qanunlar və fəaliyyətlə yaşamaq mümkün deyil. Bir neçə nəfərin həbsi ilə ümumi prosesin qarşısını almaq mümkün deyil.

Əksinə prosesi özləri üçün daha da çətinləşdirirlər”, B.Süleymanlı qeyd edib.
XS
SM
MD
LG