Accessibility links

Leyla Yunus prokurorluqda dindirilir [Yenilənib 5 - Audio-Video]


Leyla Yunus
Leyla Yunus

Hüquq müdafiəçisi və həyat yoldaşı Bakı hava limanında saxlanıb

Hüquq müdafiəçisi Samir Kazımlı hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi ilə bağlı müşahidə aparır. O Leyla və Arif Yunusovlarla bağlı ötən gecə baş verənləri müşahidə edib. Hüquq müdafiəçisi Amerikanın Səsinə video müsahibəsində bunları deyib.
Samir Kazımlı: Leyla Yunusun evində axtarış baş tutmadı
please wait

No media source currently available

0:00 0:01:30 0:00


***
Leyla Yunus və həyat yoldaşı Arif Yunus mühafizə altında gecə saatlarında hava limanından evlərinə gətirilib. Burada onları vəkil Xalid Bağırov, jurnalistlər və hüquq müdafiəçiləri gözləyirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yunusların evlərində axtarış aparılacağını bildirib.

Vəkil və Leyla Yunus öncə prokurorluq əməkdaşlarından axtarış haqqında qərar tələb ediblər.

Yunus saxlanılmaları və axtarış aparılması barədə sənədin onlara təqdim edilmədiyini bildirib. “Bizə saxlanmağımızın səbəbini izah etməyiblər. Hava limanında saxladılar. Bütün sənədlərimizi, hətta əlimizdəki bütün kağızları alıblar. Çemodanlarımızda, çantalarımızda axtarış aparıblar, kompüterimizi alıblar. Tələb etməyimizə baxmayaraq vəkilimizi içəri buraxmayıblar. Hətta bizi tualetə belə buraxmadılar”, o qeyd edib.

Bir qədər keçdikdən sonra Arif Yunusun səhhəti pisləşib və o xəstəxanaya aparılıb. Son məlumatlara görə Arif Yunus reanimasiyadadır.

Leyla Yunus həmçinin evində axtarışda azı 4 nəfər yaxınının və ya hüquq müdafiəçisinin iştirak edəcəyini tələb edib. “Mənim dörd otağım var. Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinləır”, deyə axtarış aparacaq şəxslərə bildirib.

Beləliklə, bir neçə saat keçməsinə baxmayaraq axtarış baş tutmayıb və saat 7 radələrində Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. Hazırda Leyla Yunus bu idarədədir.

***
Vəkil Xalid Bağırov yerli vaxtla saat 02.40-da Amerikanın Səsinə bildirib ki, Sülh və Demokratiya İnstitutunun Nizami küçəsində (Mərkəzi Univermağın qarşısı) yerləşən ofisini polis nəzarətə götürüb. “Hazırda axtarış qabağı polislər Sülh və Demokratiya İnstitutunun Nizami küçəsindəki ofisini tam nəzarətə götürüb. Ofisin qarşısında polislər və dörd mülki geyimli şəxs var. Onlar içəri heç kimi buraxmır. İndiki anlarda Leyla və Arif Yunusun evə gətiriləcəyi və axtarışın başlanacağı gözlənilir”, vəkil qeyd edib.

***
Saat 00.55-də həyat yoldaşı Arif Yunus ilə birgə Bakı hava limanında olan Leyla Yunus Amerikanın Səsinin müxbirinin telefon zənginə cavab verib. “Bizim çemodanlarımızı, sumkalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar”, o qeyd edib.

***
Leyla Yunus və həyat yoldaşı Arif Yunus saxlanılarkən onları hava limanında müşayiət edən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hadisəni Amerikanın Səsinə şərh edib.
please wait

No media source currently available

0:00 0:05:46 0:00
Direct link

***
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında Dohaya gedərkən saxlanılıb.

Contact.az saytının məlumatına görə sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayət edən Qərb diplomatları – Fransa səfiri və ABŞ səfirinin müavini prpezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Buna baxmayaraq sonradan təyyarəyə minərkən yenidən onları saxlayıblar.

Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o vəkilsiz suallara cavab verməkdən imtina edib.

Təxminən saat 23.30-da onlara saxlanıldıqlarını bildiriblər. Bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.

Rəsmi orqanlar Leyla Yunus və həyat yoldaşı Arif Yunusun saxlanması ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Hazırda hüquq müdafiəçisinin mobil telefonları cavab vermir. Arif Yunus aprelin 29-da saat 00.23-də Amerikanın Səsinin müxbirinin telefon zənginə cavab verib və yalnız “sonra danışarıq", deyərək telefonu qapadıb.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, hava limanında ona hər hansı məlumat verməyiblər. Vəkil güman edir ki, indiki anda Leyla Yunus evində axtarış aparılmaq üçün aparılıb. Xalid Bağırov hazırda Leyla Yunusun yaşadığı evə gedir.
XS
SM
MD
LG