Şimali Koreya lideri Kim Conq İl Ruisya və Çinə bir həftəlik səfərdən sonra vətənə qayıdıb.
Cənab Kim Çin Dövlət Müşaviri Dan Binqquo ilə görüşündə deyib ki, o, qeyd-şərtsiz altıtərəfli danışıqlara qayıtmağa hazırdır.
Pxenyan 2009-cu ili aprelində danışqıları tərk etdikdən bir ay sponra ikinci nüvə sınağı keçirmişdi.
Çərşənbə günü Kim Conq İl Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə də danışıqlara qayıtmaq arzusunu ifadə etmişdi.