Accessibility links

Çin ABŞ-ın Tayvana silah satması ilə bağlı qəzəbini bildirib


Admiral Robert Willard
Admiral Robert Willard

ABŞ ordu rəsmisinin təminatına baxmayaraq, Çin ABŞ-ın Tayvana silah satmasından qəzəbini ifadə edib. Birləşmiş Ştatların Sakit Okeandakı hərbi qüvvələrinin komandiri, admiral Robert Villard dünən deyib ki, keçən həftə satılması barədə elan edilən silah paketi Tayvan boğazındakı qüvvələr balansını dəyişməyəcək. O, Tayvana 5.85 milyardlıq F-16 döyüş təyyarələrinin satılmasına baxmayaraq, Çinin həmin bölgədə hərbi mövcudluğunu davam etdirəcəyini deyib.

Lakin Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Li belə bir açıqlamanın Çini qane etmədiyini deyib. Bu gün keçirilən brifinq zamanı Pekin Vaşinqtonu Çinin daxili işlərinə qarşımaqda ittiham edərək, ABŞ-ın Tayvana silah satmamağa dair tələblərə məhəl qoymadığını bildirib.

Vaşinqtonda keçirilən mətbuat konfransı zamanı isə admiral Villard Çinin həmin bölgədə ballistik raketlər və raketlərə qarşı kifayət qədər qurğulara malik olduğunu vurğulayıb.

XS
SM
MD
LG