Rusiya prezidenti Dmitri Medvedev Sibirdə yerləşən hərbi bazada Şimali Koreya lideri Kim Conq İllə görüşüb.
Rusiya mediası liderlərin Baykal gölü sahilindəki Ulan-Ude şəhərində əl sıxdıqlarını göstərib. Cənab Kim günü göldə qayıq gəzintisi və təyyarə zavoduna baş çəkməklə keçirib. O, cənab Medvedevə səfərinin xoş keçdiyini deyib.
Rusiya rəsmiləri cənab Kimlə altıtərəfli danışıqlara qayıtmaq planlarını müzakirə edəcəklərini bildiriblər.