Kreml Şimali Koreya lideri Kim Conq İlin Rusiyaya gəldiyini təsdiq edib. Onun Moskvada prezident Dmitri Medvedevlə görüşəcəyi gözlənilir.
Şimali Koreyanın rəsmi xəbər agentlyi səfərin “qeyri-rəsmi” xarakter daşıdığını bildirir. Xəbərdə cənab Kimin Sibir və Uzaq Şərq regionuna səfər edəcəyi deyilir.
Cənubi Koreyanın Yonhap xəbər agentliyi adı çəkilməyən rəsmi mənbəyə istinad edərək cənab Kimin Rusiyaya qatarla səfər etdiyini bildirib.