Sual: Sizin təmsil etdiyiniz Human Rights Watch təşkilatı roker Camal Əlinin həbsi ilə bağlı bəyanat verib. Bu haqda daha ətraflı nə deyə bilərsiniz?
Cavab: Biz Camal Əlinin və “Bulistan” qrupunun başqa üzvünün, o cümlədən fəalların həbsindən şoka düşmüşük. Bizim üçün xüsusilə şokedici faktor Camal Əli və Natiq Kamilovun polis tərəfindən pis rəftara məruz qalması haqda dolaşan xəbərlərdir. Biz hesab edirik ki, bu məsələ dərhal araşdırılmalıdır və bu şəxslərin təhlükəsizliyinin təminatı üçün təcili tədbirlər görülməlidir.
Sual: Bizim hazırda danışdığımız məqamda Camal Əli hələ də həbsdədir. Camal özü deyib ki, həbsdə olarkən o, işgəncəyə məruz qalıb. Human Rights Watch təşkilatı olaraq siz öz təcrübənizdə Azərbaycan polisinin işgəncədən istifadə etməsi haqda məlumatlara tez-tez rast gəlirsinizmi?
Cavab: Əlbəttə ki, biz uzun illər yerli QHT-lərdən polisin adamları tutan vaxt və həbsdə saxladıqları zaman onlarla pis rəftar etməsi haqda hesabatlar almışıq. Bu metoddan insanlardan etiraf əldə etmək üçün tez-tez istifadə olunduğunu da eşitmişik. Bəzən də pis rəftar tutulan adamı əlavə şəkildə cəzalandırmaq, yaxud ondan qisas almaq məqsədi daşıyır.
Sual: Camal Əli ilə bərabər siyasi müxalifətin bir neçə görkəmli nümayəndələri artıq bir ilə yaxındır ki, həbsdədirlər. Sizcə bu həbslər arasında əlaqə varmı?
Cavab: Bunlar əlaqəlidirlər, o mənada ki, Azərbaycan hökuməti sistematik şəkildə ifadə azadlığını boğmağa səy göstərir. Hökumət bunu etiraz aksiyalarını zorakı şəkildə dağıtmaqla və öz fikirlərini dinc qaydada ifadə edən adamları həbs etməklə həyata keçirir. Bu, rüsvayçılıqdır. Hökumət buu dəfələrlə edib. Ən şokedicisi odur ki, “Eurovision” yarışına az qalmış, dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir məqamda bu olaylar baş verir. Azərbaycan hökumətinin bu ərəfədə dünyaya göstərdiyi sifət budur.
Sual: Siz “Eurovision” yarışını qeyd etdiniz. Human Rights Watch təşkilatı insan haqları sahəsində bu cür göstəricilərə malik olan ölkədə beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinə necə baxır?
Cavab: Biz Azərbaycanda “Eurivision”-nın keçirilməsinə zidd deyilik. Bu müsabiqənin təşkilatçıları üçün həll ediləsi məsələdir. Eyni zamanda baş verənlər Azərbaycan və onun beynəlxalq tərəfdaşları üçün problem yaradır. Əgər Azərbaycan beynəlxalq icmanın üzvü olaraq bu növ tədbirlərə özünə diqqət cəlb etmək istəyirsə, onda o, təkcə şənliklər keçirməyə qadir deyil, həm də vətəndaşlarına hörmət və ləyaqət hissi ilə yanaşır. Biz buna Azərbaycanla bağlı mühümü məsələlərin qaldırılması üçün bir fürsət kimi baxırıq ki, bu sıraya ifadə azadlığı və media azadlığının qorunması daxildir.
Sual: Nəsə əlavə etmək istərdinizmi?
Cavab: Bis hesab edirik ki, müsabiqəyə nəzarət edən Avropa Yayımlama İttifaqı burada mühüm rol oynaya bilər. Onlar yayımçılarının işlədikləri yerlərdə media azadlıqlarının təminatı ilə bağlı qəti öhdəlik götürüblər. Biz istərdik ki, onlar burada daha aktiv rol oynasınlar, və Azərbaycan hökumətinə izah etsinlər ki, musiqiçilərin və jurnalistlərin başlarına belə işlərin gətirilməsi yolverilməzdir.