Accessibility links

İnsan hüquqları təşkilatları etiraz nümayişi zamanı tutulanlarla polisin rəfdarını pisləyib


Eurovision 2012-nin keçiriləcəyi binanın tikilməkdə olduğu Bayraq meydanlndan kadr
Eurovision 2012-nin keçiriləcəyi binanın tikilməkdə olduğu Bayraq meydanlndan kadr

Martın 17-ndə tutulanlarla əlaqədar olaraq beynəlxalq insan hüquqları təşkilatları bəyanatlarla çıxış ediblər. Amnesti İnternational yaydığı bəyanatda polis nəzarətində olan gənc fəalların, döyülmə və işkəncə təhlükəsi altında olduqları barədə xəbərdarlıq edib. Təşkilatın bəyanatında deyilir ki, tutulan üç gəncdən biri Bakıda keçirilən nümayişdə toplaşanlar qarşısında mahnı oxuduğu vaxt Prezidentin ailəsini təhqir edib. Bəyanatda onların təkadamlıq Kamerlarada saxlandıqları bildirilib.

Amnesti İnternationalın bəyanatında deylir ki, Martın 17-ndə sanksiyalaşdırılmış nümayişdə təqribən 1500 adam iştirak edirdi və nümayiş hadisə olmadan keçirilirdi. Müğənni Camal Əli və orkestrinin konserti zamanı Camalın mahnısında söyüş olması diqqəti cəlb edib və dinləyicilər arasından biri səhnəyə qalxaraq ona kimə söyüş söydüyünü soruşub. O mahnısını oxumağa qayıtmadan əvvəl söyüş söyməyin nə zərəri var diyə sual verib və İlham Əliyevin ünvanına söyüş deyib.

Tədbirin təşkilatçılarından Etibar Salmanlı adlı bir şəxs Camala yaxınlaşaraq dayanmasını xahiş etsə də polis onların ikisini və orkestrin üzvü Natiq Kamilovun üzərinə atlanıb. Şahidlərin dediklərinə görə polis onları nəzarət altına almamışdan qabaq “vəhşicəsinə” döyüb. Bəyanatda deylilir ki, onların vəkilləri Anar Qasımlı və ailələri ilə görüşmələrinə də icazə verilməyib. Vəkilin özünə qarşı da polis gücdən istifadə edib. Cavanların məhkəməyə aparılacağını təxmin edən Anar Qasımlı Amnesti İnternationala onları gördüyünü polis nəzarətində döyüldüklərini göstərən işarələrin şahidi olduğunu bildirib.

Mehkeme onlar haqqında inzibati tənbeh qərarı çıxardıb və artıq yuxarı məhkəmədə onların vəkilinin qərarın dəyişməsi barədə müraciətini rədd edib. Buna görə Cəmal Əliyev on, Etibar Salmanlı beş və Natiq Kamilov altı gün inzibati tənbeh cəzasına məhkum olublar. Onlar həm nəzarət altına alındıqları vaxt həm də təcritxanada döyüldüklərini deyiblər.

Human Rights Watch da verdiyi bəyanatda Azərbaycan rəsmilərini Martın 17-ndə keçirilən etiraz nümayişində tutulanların döyülməsi və onlarla pis rəfdarın dayandırılmasına çağırıb

Bu təşkilatın bəyanatında da Camal və Natiqin vəkillərinə istinadla onların nəzarətə alınma vaxdı və nəzarət altında döyüldükləri bildirilir. Təşkilatın Avropa və Orta Asiya üzrə direktorunun müavini Ceyn Bükenan deyib ki, heçkim polis nəzarətində döyülməməlidir. O gənclərin vəkilləri ilə görüşmələrinə imkan verilmədən tezliklə məhkəməyə aparılmalarının vəziyyəti daha da ağırlaşdırdığını bildirib. Human Rights Watch bildirib ki, insanlarla belə rəfdar olunması həm Azərbaycanın qanunları və həm də beynəlxalq qanunlara görə onların hüquqlarını pozur.

XS
SM
MD
LG