Accessibility links

Mario Monti İtaliyada yeni hökumətin başçısı oldu (YENİLƏNİB)


Mario Monti İtaliyada yeni hökumətin başçısı oldu (YENİLƏNİB)
Mario Monti İtaliyada yeni hökumətin başçısı oldu (YENİLƏNİB)

İtaliyada yeni baş nazir vəzifəsinə təyin olunmuş iqtisadi Mario Monti yeni hökumətin ən tez bir zamanda təşkili üzərində işləyəcəyini deyib. O əlavə edib ki, İtaliya maiyyəni problemlərini həll etməlidir və ölkənin liderləri gələcək nəsillər qarşısında məsuyliyyət daşıdıqları üçün iqtiasdi artımı bərpa etməlidir.

Cənab Monti bu açıqlamaları bu gün İtaliya prezidenti Giorgia Napolitanonun Avropa İttifaqının keçmiş komissarı olan Montini ölkənin yeni baş naziri təyin etməsindən sonra verib.

İtaliya prezidenti Giorgio Napolitano 2013-cü ildə seçkilərə qədər müvəqqəti hökumətin rəhbərlik edəcək baş nazir vəzifəsinə namizədləri müzakirə etmək üçün ölkənin siyasi liderlərilə görüşlər keçirib.

İtaliyanın aparıcı müxalifət partiyaları və cənab Berluskoninin mərkəz-sağçı patiyasının bəzi üzvləri Avropa İttifaqının keçmiş komissarı, iqtisadçı Mario Montiyə dəstək verib. Monti İtaliyanın özündə heç vaxt seçkili vəzifə tutmayıb və heç bir partiyanın üzvü olmayıb.

Maliyyə bazarları Montinin yeni baş nazir ola biləcəyi xəbərinə müsbət reaksiya verib.

Növbəti hökumət qarşısında keçən həftə partlament tərəfindən ölkənin nəhəng borcunun azaldılması məqsədilə təsdiq edilmiş iqtisadi yardım paketində göstərilmiş tədbirləri həyata keçirmək kimi mürəkkəb bir vəzifə durur.

XS
SM
MD
LG