Accessibility links

Günün adamı:Mario Monti


Günün adamı:Mario Monti
Günün adamı:Mario Monti

İtaliyada yeni hökumətə rəhbərlik edəcək beynəlxalq miqyasda tanınmış iqtisadçı Mario Monti Silvio Berluskonidən tamamilə fərqli xasiyyətə malik bir insan kimi təsvir edilir.

68 yaşlı texnokrat Milanın prestijli Bocconi universitetinin rektorudur. Avropa İttifaqının keçmiş komissarı olmuş Monti qitəni bürümüş böhranlı bir dövrdə İtaliyanı borcdan xilas etmək kimi mürəkkəb bir vəzifəni yerinə yetirəcək yeni hökuməti formalaşdırmalıdır.

Montinin namizədliyi ölkənin nüfuzlu iş adamları, siyasətçilər, bankirlər və beynəlxalq ekspertlər tərəfindən dəstəklənir. Onun iqtisadi məsələlərlə bağlı müzakirələrdə yüksək vasitəçilik səyləri xüsusi qeyd edilir.

İtaliyanın keçmiş baş naziri Romano Prodi La Reppublica qəzetinə müsahibə zamanı Montiyə xeyir-duasını verib.

Mario Monti İtaliynın şimalında Varese şəhərində anadan olub. O, 1965-ci ildə İtaliyada iqtisadçı-alimlər elitasının təhsil aldığı Bocconi universitetini bitirib. O, təhsilini ABŞ-da Yel univeristetində davam etdirib. Yel universitetində təhsili bitirikdən sonra o, prezident Con Kennedi adına İqtisadi Məsləhətçilər Şurasının üzvü olub. Mario Monti Berluskoninin hakimiyyətə gəldiyi 1994-cü ildən Bocconi universitetinə rəhbərlik edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG