Accessibility links

İtaliya hökuməti iqtisadi ölçülər paketini qəbul edib


İtaliya hökuməti iqtisadi ölçülər paketini qəbul edib
İtaliya hökuməti iqtisadi ölçülər paketini qəbul edib

İtaliyanın baş naziri bildirib ki, onun hökuməti İtaliyanı müflis olmaqdan qurtaracaq 26 milyard dollar (20 milyard avro) dəyərində təcili iqtisadi ölçülər paketini təsdiq edib.

Mario Montinin bildirdiyinə görə, paketdə büdcə ixtisarı, habelə vergidən yayınmağın qarşısını almaq üçün ciddi addımların atılması nəzərdə tutulub. Xərcləri öz tərəfindən azaltmaq məqsədilə o, baş nazir maaşından imtina etdiyini bildirib.

Cənab Monti bu açıqlamaları siyasi partiya, həmkarlar ittifaqları, biznes qrupları, istehlakçıların hüquqlarını müdafiə edən lobbiçilərlə həftə sonu davam edən görüşlərdən sonra verib.

İqtisadi ölçülər paketi təsdiq olunmaq üçün parlamentə təqdim ediləcək.

XS
SM
MD
LG