Müsavat Partiyası rəhbərinin həbsdə olan müşaviri Yadigar Sadıqov “İsaxan Aşurov” mükafatına layiq görülüb.
Məşhur vəkil və ictimai xadim İsaxan Aşurovun adına bu mükafat Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən təsis edilib, insan hüquqlarının və qanunçuluğun müdafiəsində fəallıq göstərən vəkillərə, hüquqşünaslara, hərbiçilərə və sadə vətəndaşlara verilir.
Sadıqov İsaxan Aşurov mükafatının ikinci laureatı olub. Ötən il mükafat həbsdə olan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova təqdim edilmişdi.
SDİ direktoru Leyla Yunus bildirib ki, mükafat ikinci dəfədir həbsdə olan insana təqdim edilir. O, mükafatın azadlıqda olanlara təqdim ediləcəyi günün gələcəyinə ümid etdiyini bildirib.
Yadigar Sadıqov 27 iyun 2013-cü ildə yerli sakin Rəşid Kərimovun şikayəti ilə saxlanılıb. Kərimov iyunun 25-də Sadıqovun Lənkəran şəhərində çayxanada onu döydüyünü iddia edir. Bu zaman Kərimovun bəyanatı Sadıqov saxlanmamışdan əvvəl hökumətyönümlü və dövlət KİV-lərində yayılıb.
Müsavat Partiyası bu ittihamı saxta və siyasi motivli hesab edir. Yanvarın 13-də Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib. Leyla Yunus qeyd edib ki, Azərbaycanda total repressiyalar və çox sayda siyasi məhbusların olduğu bir şəraitdə Sadıqovun işi ittiham tərəfin xüsusilə ədalətsizliyi ilə fərqlənib. “Bu iş açıq-aşkar uydurma və saxta idi”, Yunus belə hesab edir.
Eyni zamanda, Sadıqov ruhdan düşməyib və ilk gündən təqsirləndirilən şəxsdən rejimi ifşa edən şəxsə çevrilib. SDİ Sadıqovu “vicdan məhbusu” elan edib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Sadıqovu əsl və cəsarətli demokratiya müdafiəçisi adlandırıb.
Sadıqovun hüquqlarının müdafiəsi üzrə İctimai Komitənin rəhbəri Elman Fəttah qeyd edib ki, Sadıqov Azərbaycanın həssas cənub bölgəsində böyük nüfuza malik idi. Çətin siyasi şəraitdə o, bir çox insanları Müsavat Partiyası ətrafında birləşdirməyə müvəffəq olub, çox güman ki, hakimiyyətin ona qarşı xüsusi nifrətinə məhz bu səbəb olub.
Vəkil Xalid Bağırovun sözlərinə görə, ittiham o dərəcədə saxtadır ki, Sadıqovun məsuliyyətə cəlb edilməsi üçün heç nə tapılmayıb. “Məhkəmə istintaqı Sadıqovun təqsirini sübut etməyib. İttiham tərəfin bütün şahidləri bələdiyyələr və yerli icra hakimiyyəti ilə əlaqəli idilər. Hadisə günü onlar çayxanada deyildilər, həmkəndliləri də bunu iddia edir. Sadıqovun “zərərçəkmiş” və “şahidlərlə” üzləşdirilməsinin videomaterialları məhkəməyə təqdim edilməyib”, vəkil bildirib.
Femida heykəli şəklindəki mükafat məhbusun anası Gövhər Sadıqovaya təqdim edilib. O, toplaşanlara dəstəyə görə təşəkkür edib.
Sadıqov Azərbaycanın cənub bölgəsində fəal müxalif siyasətçilərdən biridir və əhali arasında məşhurdur. O, facebook-da da fəal idi. 2013-cü ilin yanvarında Sadıqov Müsavat lideri İsa Qəmbərin Lənkərana səfərini təşkil edib, lakin səfər polis və hakim partiyanın yerli fəalları tərəfindən pozulub.
Mərasimdə həmçinin İsaxan Aşurovun xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
İsaxan Aşurov mükafatı 23 iyun 2012-ci ildə bu məşhur vəkil və ictimai xadimin ölümündən sonra təsis edilib.
İsaxan Aşurov 1984-1989-cu illərdə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin baş istintaq briqadasında işləyib. 1992-93-cü illərdə Qazax rayon polis idarəsinin rəisi və rayonun erməni silahlı birləşmələrinin hücumlarından müdafiəsində fəal iştirak edib.
1994-cü ildə hakimiyyətin Surət Hüseynovun silahlı birləşmələri tərəfindən ələ keçirilməsinə yol vermədiyi üçün səlahiyyətləri aşmaq ittihamı ilə həbs edilib.
1996-cı ildən etibarən vəkillik fəaliyyəti ilə məşğul olub, bir çox siyasi məhbusların və “vicdan məhbuslarının” hüquqlarını müdafiə edib.
22 iyun 2012-ci ildə Aşurov ABŞ klinikalarından birində dünyasını dəyişib.