Accessibility links

Ali Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etməyib


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

İlqar Məmmədov tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə çağırıb

Sentyabrın 27-də Azərbaycan Ali Məhkəməsi ReAl hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasının (MSK) onun prezidentliyə namizədliyini qeydə almaqdan imtinası ilə bağlı qəraının ləğv edilməsi barədə kassasiya şikayətini təmin etməyib.

Ali Məhkəmə MSK-nın Məmmədovun xeyrinə toplanmış 5 minə yaxın seçici imzasının saxta qəbul edilməsi haqqında qərarını əsaslı hesab edib.

Öz növbəsində, vəkil Xalid Bağırov vətəndaşlarım imzalarının həqiqi olduğuna dair aktlar təqdim edib. Bundan başqa, o, ekspertlərin fikirlərinə istinad edərək, yalnız bir imzanın həqiqiliyinin yoxlanılması üçün bütün gün vaxt tələb olunur.

Məmmədov məhkəmənin qərarını “siyasi sifariş” adlandırıb. O, bir daha tərəfdarlarını Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənliyə səs verməyə çağırıb.

Bundan başqa, Məmmədov bildirib ki, nə qədər ki, ölkədə gənc respublika tərəfdarları var, ölkədə mütləq monarxiya ola bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG