Mərkəzi Seçki Komissiyası (MSK) “ReAL” Hərəkatının lideri İlqar Məmmədovun prezidentliyə namizədliyini təsdiq edib.
İlqar Məmmədovun öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
MSK-nin bu gün keçirilən iclasında vəkil Xalid Bağırov İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub.
İlqar Məmmədova qarşı bu il yanvarın 23-24-də İsmayıllıda baş verən iğtişaşlardan sonra fevralın 1-də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi ittihamı irəli sürülüb.
Məmmədov fevralın 4-də Cinayət Məcəlləsinin 233 - ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak və 315 - güc tətbiq etməklə polisə müqavimət göstərmək maddələri ilə günahlı bilinərək həbs edilib.
Aprelin sonlarında 233-cü maddə daha ağır, 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə əvəz edilib.
Aprelin 9-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işini növbədənkənar baxışa qəbul edib.
Beynəlxalq təşkilatlar Məmməbovu vicdan məhbusu kimi tanıyıb.
O, həbsini siyasi sifariş adlandırıb.