ReAL Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli İlqar Məmmədovun MSK-nı məhkəməyə verməsinin səbəbləri haqda Amerikanın Səsinin sullarını cavablandırıb.
O deyib ki, bir neçə gün əvvəl MSK iclas keçirdi və İlqar Məmmədovun təcridxanadan göndərdiyi müraciətinə baxdı, və onun prezidentliyə namizədliyinin qeydiyyata alınması müddətinin uzadılması barədə qərar verdi.
”Bu, qanunlara zidd bir addımdır. Çünki İ.Məmmədovun qeydiyyata alınması üçün imza kampaniyasına başlamalıyıq. Bunun üçün imza vərəqələri MSK-dan alınmalıdır. 60 dairədən 40 min imza toplanılması böyük işdir. Bunun üçün zamana ehtiyac var. Proses nə qədər tez başlasa, bir o qədər tez bitər. Bu qərar zamanı daraltmaq üçün verilib. Düşünürəm ki, bu, hakimiyyətin bəsit və primitiv bir hesablamasıdır."
Vicdan məhbusu kimi tanınan İlqar Məmmədovun MSK tərəfindən qeydiyyata alınacağına inanan Natiq Cəfərli sənədlərin tam qaydada olduğunu, onun qeydiyyata alınmaması üçün heç bir maneə olmadığını deyib. “Qeydiyyat birinci addımdır. İkinci addım imzaların toplanmasıdır.”
İlqar Məmmədovun hazırkı namizədlərə real alternativ namizəd ola biləcəyini düşünən Natiq Cəfərli deyib ki, o, Azərbaycanda yeni sözü ola , insanlarda siyasətdə yeni maraq yarada , insanları cəlb edə bilən yeni bir fiqurdur. İlqar Məmmədovun seçkilərdə iştirakı bu günədək apatiyada olan, seçkilərə marağını demək olar ki, itirmiş Azərbaycan seçicisini yenidən canlandırmasına səbəb ola bilər.”
“Bu gün İsa Qəmbər Cəmil Həsənlinin xeyrinə namizədliyindən imtina edib. İlqar Məmmədov belə bir addım ata bilərmi?” sualının cavabında ReAL Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli bunu mümkün hesab etdiyini, lakin bügünkü prioritetin İlqar Məmmədovun namizədliyinin qeydiyyata alınması və onun xalqa müraciət etməsi üçün şərait yaradılması olduğunu bildirib.
O deyib ki, bir neçə gün əvvəl MSK iclas keçirdi və İlqar Məmmədovun təcridxanadan göndərdiyi müraciətinə baxdı, və onun prezidentliyə namizədliyinin qeydiyyata alınması müddətinin uzadılması barədə qərar verdi.
”Bu, qanunlara zidd bir addımdır. Çünki İ.Məmmədovun qeydiyyata alınması üçün imza kampaniyasına başlamalıyıq. Bunun üçün imza vərəqələri MSK-dan alınmalıdır. 60 dairədən 40 min imza toplanılması böyük işdir. Bunun üçün zamana ehtiyac var. Proses nə qədər tez başlasa, bir o qədər tez bitər. Bu qərar zamanı daraltmaq üçün verilib. Düşünürəm ki, bu, hakimiyyətin bəsit və primitiv bir hesablamasıdır."
Vicdan məhbusu kimi tanınan İlqar Məmmədovun MSK tərəfindən qeydiyyata alınacağına inanan Natiq Cəfərli sənədlərin tam qaydada olduğunu, onun qeydiyyata alınmaması üçün heç bir maneə olmadığını deyib. “Qeydiyyat birinci addımdır. İkinci addım imzaların toplanmasıdır.”
Bu, hakimiyyətin bəsit və primitiv bir hesablamasıdır.