Accessibility links

İlham Əliyev imza vərəqələrini MSK-ya təqdim edib – 45 min seçici imzası


İlham Əliyev
İlham Əliyev

MSK indiyədək 12 şəxsin prezidentliyə namizədliyini təsdiq edib

Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı prezident İlham Əliyevin prezidentliyə namizədliyi üçün toplanılmış imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

YAP-ın rəsmi saytının məlumatına görə MSK-ya 45 min imza olmaqla 900 imza vərəqəsi müvafiq sənədlərlə birgə təqdim edilib. .

Bununla yanaşı indiyədək MSK 12 şəxsin prezidentliyə namizədliyini təsdiq edib.

Bunlar YAP sədri, hazırkı prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, İlqar Məmmədov(Altay), Ümid Partiyasının sədri İqbal Ağazadə, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, Milli Dirçəliş Hərəkat Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri. Ərəstun Orucludur.

Bunlardan başqa daha 5 namizədliyə iddialə şəxs sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qanunvericiliyə uyğun olaraq hər bir namizəd prezidentliyə namizədliyinin MSK-da təsdiq edilməsi üçün azı 40 min seçici imzası toplamalıdır.

Prezident seçkilərində təbliğat təşviqat kampaniyasına sentyabrın 16-dan başlanacaq.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.
XS
SM
MD
LG