Siyasi analitik Rəşad Şirin Amerikanın Səsinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin yekunları, Rusiyanın yeni xarici siyasət prioritetləri, Rusiyanın Azərbaycana münasibətdə yeni baxışları, Azərbaycanda daxili siyasi proseslərə qarışması və türkdilli dövlətlərin Rusiya ilə münasibətlərdə mövqeyindən danışıb.
Sual: Rusiya prezidenti Putinin Azərbaycana səfəri başa çatıb. Səfərin nəticələrini necə qiymətləndirirsiniz? Azərbaycan ictimaiyyəti bu səfərə necə baxır?
Cavab: Rusiya prezidenti Putinin Azərbaycana səfəri çox böyük bir tarixi səfər oldu. Ciddi mesajlar verə bilən bir səfər oldu. Rusiyanın yeni xarici siyasətinin konturları görünməyə başladı. Azərbaycan tərəfindən daha çox hiss olunan o idi ki, Azərbaycan bəlkə də istəmədiyi bir formata çəkilir, sürüklənir.
Azərbaycan hökumətinin son mesajları pozitiv idi, Amma hiss olunurdu ki, Avrasiya Birliyi, Gömrük sazişi ilə bağlı olan müzakirələrdən o qədər də “xoşbəxt” deyil. Cəmiyyətdə bu daha müxtəlif reaksiyalar doğururdu. Təbii ki, daha çox insanlarda belə bir hiss var idi ki, ruslar yenidən bölgəyə qayıdırlar. Sosial mediada Azərbaycana Rusiya gücünün dönməsi kimi, belə bir hissiyyat var idi.
Sual: Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri Rusiyanın yeni xarici siyasət prioritetlərinə uyğundurmu? Azərbaycan qərbə, qərb iqtisadiyyatına, NATO-ya inteqrasiyanı əsas prioritet kimi göstərir. Bu arzular arasında fərqlər və yeni təhlükələr nədən ibarətdir?
Cavab: Siz əslində rəsmi olaraq 90-cı və 2000-ci illərdə daha çox Azərbaycanın dövlət sənədlərində olan inteqrasiyanı qeyd etdiniz. Amma faktiki olaraq, reallıq onu göstərir ki, Azərbaycan qərb inteqrasiyası yolunu o qədər də fəal və ciddi şəkildə izləmədi.
Yəni daha çox neytrallığı qorumaq və daha çox qoşulmamağı seçdi. Azərbaycan iqtisadi baxımdan zəngin ölkə olduğu üçün Avropa qurumlarından, qərb qurumlarından asılılığı daha az olduğu üçün, kənarda qalmağa çalışdı. Geosiyasi olaraq balans rolunu oynamaq istədi. Sadəcə bu balans siyasətinin problemi ondan ibarətdir ki, ciddi müttəfiqi olmayan ölkələrə təzyiq etmək olur. Bu o demək deyil ki, ciddi müttəfiqi olmayan ölkələrə təzyiq etmək olmur.
Məsələn, Gürcüstan ciddi şəkildə Amerikaya və Avropaya arxalanırdı. Buxarest sammitində, 2006-ci ildə NATO arzusu doğrulmadı.
Sual: Amma daxili mühit tamamilə başqa şey deyir. Çünki Azərbaycanın ağır, yüngül, hərbi sənayesində istifadə edilən maşınlar, yüngül sənaye məlumatları Rusiya məhsulu deyil. Siyasi bəyanatlarda qeyd etdilər ki, Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi 4 milyard dollardır. Amma, bu Azərbaycana xarici ticarət dövriyyəsində çox kiçik rəqəmdir. Ümumi dövriyyənin 7-8 faizini aşmır.
Cavab: Bilirsiniz modern kolonializm deyilən bir anlayış var. Yəni hal-hazırda Rusiya bunu öyrənməkdədir. Məsələn, yeni inteqrativ modellər yaradıldığı zaman daha çox ticarət və iqtisadiyyata güvənirlər, iqtisadi modelləri seçirlər. Bu heç də o demək deyil ki, hər şey əvvəlki formatda olacaq. Yəni Rusiyanın təsiri bölgədə daha çox siyasi və hərbi idisə, ola bilər ki, bu rıçaqların azaldılması nəticəsində artıq iqtisadi və ticarət mərhələsinə qədəm qoyur. Yəni Rusiya indi Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı təklif edir. Yeni bir iqtisadi inteqrasiya modeli üzərində düşünürlər. Təbii ki, bu dinamik bir prosesdir.
Amma Avrasiya Birliyi məzmun və keyfiyyət baxımından Avropa Birliyinə rəqib ola bilməz. Avropa Birliyinə inteqrasiya bölgədə rəqabəti, dayanaqlığı daha yüksək edə bilər. Azərbaycanın Avropa Birliyinə inteqrasiyası bölgə ölkələrinin inteqrasiyasından o qədər də güclü deyil.
Sual: Amma, azad iqtisadiyyat modelində Rusiyanın arzuları o qədər də real görünmür. Deyək ki, Avropa İttifaqı, Gömrük modeli və yaxud Putinin Azərbaycana səfərindən iki gün sonra Türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilir. Türk Dövlətləri Birliyi modeli, Avrasiya İttifaqı modeli və Avropa İttifaqı modeli, - qarşılıqlı münasibətlərdə hansı daha güclüdür?
Cavab: Təbii ki, güclülük baxımından Avropa Birliyi güclü modeldir. Çünki uzun bir müddət davam edən inteqrasiyadır. Təbii ki onun da öz problemləri var. Türk Birliyinin məncə çatışmazlığı ondan ibarətdir ki, bu birliyə daxil olan ölkələrinin bəziləri artıq Rusiyanın təsir dairəsindədir və ya artıq Avrasiya İqtisadi Birliyinin üzvüdür.
Sual: Rusiyanın hərbi siyasi təzyiqləri qarşısında Türk Birliyi davam gətirə biləcəkmi?
Cavab: Türk Dövlət Birlikləri əslində hazırda abstrakt bir kateqoriyadır. Çünki hazırda ciddi rəsmi belə bir birlik mövcud deyil.
Hansı ki, Rusiyanın inteqrasiya formatları var: MDB, Gömrük İttifaqı, Avrasiya İnteqrasiya Birliyi. Mənə elə gəlir ki, Türk Birliklərindəki dövlətlərə münasibətdə, məsələn Türkiyənin daha çox dəstəkləyəcəyi və ya az dəstəkləyəcəyi dövlətlər ola bilər. Azərbaycanla bağlı olan hər hansı bir məsələdə Türkiyə daha həssas reaksiya verəcək, nəinki Qırğızıstanla bağlı olan bir məsələdə. Hazırda bu formatı yaşatmaqdan söhbət gedir.
Sual: Azərbaycanda prezident seçkiləri başlayıb və burada 3 güc mərkəzlərinin maraqları toqquşur. Amma Moskvadan daha çox bəyanatlar səslənir. Burada maraqların toqquşması nə verəcək?
Cavab: Get-gedə görünən odur ki, regionda liberal demokratiya modeli və qərbin dəstəyi səngiməkdədir .Görünən odur ki, digər qüvvələr güclənəcək. Əslində bu il ilk dəfə Rusiya Azərbaycanın daxili siyasətinə müdaxilə etdi. Bu açıq bəyanatlarla deyil, daha çox gizli oyunlarla edilir.
Sual: Rusiya prezidenti Putinin Azərbaycana səfəri başa çatıb. Səfərin nəticələrini necə qiymətləndirirsiniz? Azərbaycan ictimaiyyəti bu səfərə necə baxır?
Rusiyanın yeni xarici siyasətinin konturları görünməyə başladı.
Azərbaycan hökumətinin son mesajları pozitiv idi, Amma hiss olunurdu ki, Avrasiya Birliyi, Gömrük sazişi ilə bağlı olan müzakirələrdən o qədər də “xoşbəxt” deyil. Cəmiyyətdə bu daha müxtəlif reaksiyalar doğururdu. Təbii ki, daha çox insanlarda belə bir hiss var idi ki, ruslar yenidən bölgəyə qayıdırlar. Sosial mediada Azərbaycana Rusiya gücünün dönməsi kimi, belə bir hissiyyat var idi.
Sual: Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri Rusiyanın yeni xarici siyasət prioritetlərinə uyğundurmu? Azərbaycan qərbə, qərb iqtisadiyyatına, NATO-ya inteqrasiyanı əsas prioritet kimi göstərir. Bu arzular arasında fərqlər və yeni təhlükələr nədən ibarətdir?
Azərbaycan qərb inteqrasiyası yolunu o qədər də fəal və ciddi şəkildə izləmədi.
Yəni daha çox neytrallığı qorumaq və daha çox qoşulmamağı seçdi. Azərbaycan iqtisadi baxımdan zəngin ölkə olduğu üçün Avropa qurumlarından, qərb qurumlarından asılılığı daha az olduğu üçün, kənarda qalmağa çalışdı. Geosiyasi olaraq balans rolunu oynamaq istədi. Sadəcə bu balans siyasətinin problemi ondan ibarətdir ki, ciddi müttəfiqi olmayan ölkələrə təzyiq etmək olur. Bu o demək deyil ki, ciddi müttəfiqi olmayan ölkələrə təzyiq etmək olmur.
Məsələn, Gürcüstan ciddi şəkildə Amerikaya və Avropaya arxalanırdı. Buxarest sammitində, 2006-ci ildə NATO arzusu doğrulmadı.
Sual: Amma daxili mühit tamamilə başqa şey deyir. Çünki Azərbaycanın ağır, yüngül, hərbi sənayesində istifadə edilən maşınlar, yüngül sənaye məlumatları Rusiya məhsulu deyil. Siyasi bəyanatlarda qeyd etdilər ki, Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsi 4 milyard dollardır. Amma, bu Azərbaycana xarici ticarət dövriyyəsində çox kiçik rəqəmdir. Ümumi dövriyyənin 7-8 faizini aşmır.
Avrasiya Birliyi məzmun və keyfiyyət baxımından Avropa Birliyinə rəqib ola bilməz.
Amma Avrasiya Birliyi məzmun və keyfiyyət baxımından Avropa Birliyinə rəqib ola bilməz. Avropa Birliyinə inteqrasiya bölgədə rəqabəti, dayanaqlığı daha yüksək edə bilər. Azərbaycanın Avropa Birliyinə inteqrasiyası bölgə ölkələrinin inteqrasiyasından o qədər də güclü deyil.
Sual: Amma, azad iqtisadiyyat modelində Rusiyanın arzuları o qədər də real görünmür. Deyək ki, Avropa İttifaqı, Gömrük modeli və yaxud Putinin Azərbaycana səfərindən iki gün sonra Türkdilli dövlət başçılarının zirvə toplantısı keçirilir. Türk Dövlətləri Birliyi modeli, Avrasiya İttifaqı modeli və Avropa İttifaqı modeli, - qarşılıqlı münasibətlərdə hansı daha güclüdür?
Türk Birliyinin məncə çatışmazlığı ondan ibarətdir ki, bu birliyə daxil olan ölkələrinin bəziləri artıq Rusiyanın təsir dairəsindədir.
Sual: Rusiyanın hərbi siyasi təzyiqləri qarşısında Türk Birliyi davam gətirə biləcəkmi?
Cavab: Türk Dövlət Birlikləri əslində hazırda abstrakt bir kateqoriyadır. Çünki hazırda ciddi rəsmi belə bir birlik mövcud deyil.
Rusiyanın inteqrasiya formatları var: MDB, Gömrük İttifaqı, Avrasiya İnteqrasiya Birliyi.