Fransa məhkəməsi yəhudi məktəbinə hücum edən şəxsin qardaşının onun hücumda əli olub-olmadığı müəyyən edilənədək həbsdə qalmasına göstəriş verib.
Əbdülqədir Merah isə qardaşı Məhəmmədə yardım etdiyini inkar edir. Lakin polis onun qardaşı ilə fəxr etdiyini və 2007-ci ildə İraqa silah qaçaqmalçılığı edən yaraqlılarla əlaqədə olduğundan şübhələndiyini bildirir. Əbdülqədir Merahın xanımı bu gün nəzarət altına alınmış, lakin az sonra azad edilmişdi.
Məhəmməd Merah isə polislə atışma zamanı öldürülüb.
Bazar günü Tuluz şəhərindəki hücum zamanı 3 uşaq və ravvin öldürülmüşdü.