Accessibility links

Fransada yəhudi məktəbinə silahlı hücum olub


Fransanın cənub-qərb bölgəsindəki Tuluz şəhərinin polisi bir silahlı şəxin özəl yəhudi məktəbinə girərək, bir müəllimi və onun iki övladını qətlə yetirdiyini bildirir. Rəsmilər Ozar-Hatora məktəbində edilən hücum zamanı azı bir nəfərin də ağır yaralandığını deyir.

Qətlə yetirilənlərdən ikisinin ölən müəllimin 3 və 6 yaşlarındakı uşaqları, üçüncüsünün isə 8-10 yaşlarında bir uşaq olduğu deyilir. Polis hücum edən şəxsin motosikletlə qaçdığını bildirib.

Fransa prezidenti Nikola Sarkozinin təhsil naziri Luk Şatel və Fransa Yəhudi Assosiasiyasının prezidenti Rimard Praskye ilə birlikdə Tuluz şəhərinə yola düşdükləri deyilir.

Bu hücum həmin regionda silahlı şəxsin 3 əsgəri öldürüb, 2-ni yaraladıqdan və motosikletə minərək qaçmasından bir gün sonraya təsüdüf edir. Tibbi araşdırmalar hər iki hücum zamanı eyni silahdan istifadə edildiyini müəyyən edib.

XS
SM
MD
LG