Fransa hökuməti yeni anti-terror ölçüləri barədə qanun layihəsini təsdiq edib. Bu addım ötən ay Tuluz şəhərində islamçı ekstremist tərəfindən həyata keçirilən hücumdan sonra atılır.
Nazirlər kabineti terrorizmi təbliğ edən veb səhifələrinə girişi və terrorçuluq təlimləri keçirilən yerlərə səyahət edilməsini qadağan edən sənədi bu gün qəbul edib.
Sənədin qüvvəyə minməsi üçün parlamentin təsdiqinə ehtiyacı var.
Keçən ay Məhəmməd Merah adlı şəxs 3 əsgər, ravvin və yəhudi məktəbinin şagirdlərini atəşə tutaraq qətlə yetirmişdi.