Accessibility links

Fransa prezidenti çətin səsvermə ilə üzləşir


Fransada keçirilən seçkilər prezident Nikola Sarkozini iqtisadi böhranın hakimiyyətdən süpürdüyü 11-ci avropalı liderə çevirə bilər. Fransua Holland son 20 ildə Fransanın ilk Sosialist prezidenti ola bilər.

Sarkozinin işsizliyin qarşısını ala bilmədiyindən doğan ictiami qəzəb fonunda son rəy soröuları Hollandın 4-8 faiz irəlidə getdiyini göstərir. Bü günkü səsvermədə böyük səs fərqi ilə qələbə Hollanda əsaslı dəyişikliklər həyata keçirmək üçün mandat verə bilər. Sosialistlər hazırda Avropada həyata keçirilən ixtisar orientasiyalı ölçülər əvəzinə stimullaşdırma siyasətinə üstünlük verirlər.

Meri olduğu mərkəzi Fransa şəhəri Tullda səs verən Holland səsvermə məntəqəsində çoxunu şəxsən tanıdığı seçicilərlə əl sıxmış, onları opmüşdür.

Preident Sarkozi isə xanımı Karla Bruninin Parisdəki evi yaxınlığında məktəbdə səs verib. Burada onu bir qrup tərəfdarı qarşılayıb.

XS
SM
MD
LG