Accessibility links

Fransada 7 nəfəri qətlə yetirən silahlı şəxs özünə qəsd edib


Fransa rəsmiləri deyir ki, 7 nəfərin qətlində şübhəli bilinən silahlı şəxs Tuluz şəhərində 32 saatlıq müqavimətdən sonra bu gün ölüb.

Fransa xarici işlər naziri Klod Qua deyib ki, polis 24 yaşlı Məhəmməd Merahın olduğu evə daxil olaraq onu atəşə tutub. Ancaq polislə silahlı qarşıdurmadan sonra Merah pəncərədən tullanaraq özünə qəsd edib. Atışma zamanı 3 polis əməkdaşı yaralanıb.

Rəsmilər deyir ki, daha əvvəl o, silah əlində ölməyə çalışıb.

Əlcəzair əsilli Fransa vətəndaşı Merah Tuluz şəhərindəki yəhudi məktəbində rəbbi və 4, 5, 7 yaşlı 3 uşağın qətlində ittiham olunurdu. O, hadisə yerindən motosikletlə qaçmışdı. Fransa polisi deyir ki, qoşnu şəhərdə Afrika və Karib əsilli əsgərlərin qətlində də eyni silahdan istifadə olunmuşdu.

XS
SM
MD
LG